RU

“Bu gün gənc ailələrdən daha çox 20 30 ilin ailələri boşanır” VİDEO

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

 Boşanma mövzusu "Zümrüdlə addım-addım” "YouTube” layihəsində müzakirə olunub. Psixoloq Ramidə Oqtayqızı aparıcı Zümrüd Rüstəmova ilə söhbətində son illərdə boşanmaların artmasının səbəblərindən danışıb.

Onun sözlərinə görə, artıq təkcə gənc ailələr deyil, 20-30, hətta 40 il bir yerdə yaşamış cütlüklər də ayrılmaq qərarı verirlər:

"Əslində onlar çoxdan boşanıblar, sadəcə bunu cəmiyyətə etiraf etmirlər. Əgər ər-arvadın yatağı ayrılıbsa, artıq mənəvi bağlar qırılıb deməkdir. İnsanlar çox vaxt ‘uşaqlarım böyüyüb, qudalar nə deyər’ kimi düşüncələrlə birlikdə yaşamağa davam edirlər. Amma bu, ailə üçün faciəvi bir yanaşmadır”.

Ramidə Oqtayqızı bildirib ki, cəmiyyətin təzyiqi səbəbindən bir çoxları illərlə münasibətlərin formal tərəfini qoruyur, amma əslində ailə həyatı çoxdan bitib.

View this post on Instagram

A post shared by Azxeber Media (@azxeber)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
azxeber.com

1Источники