RU

Putin Medvedevi təltif etdi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi IV dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib.

Milli.Az xəbər verir ki, bununla bağlı dövlət başçısı xüsusi fərman imzalayıb.

Medvedev ordenə "Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi və ölkənin milli təhlükəsizliyinin təmin olunmasında göstərdiyi xidmətlərə görə" layiq görülüb.

Mükafatlandırma mərasimi isə onun 60 illik yubileyi günü keçirilib.

Hüseyn
Milli.Az

Избранный
44
milli.az

1Источники