RU

Tramp məmurları qorumaq üçün əlavə vəsait istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkə Konqresinə siyasi fəal Çarli Kirkin qətlindən sonra məmurların təhlükəsizliyini təmin etmək üçün 58 milyon dollar məbləğində əlavə maliyyə ayrılması üçün müraciət ünvanlayıb.

Azreform.info bildirir ki, bu barədə "Bloomberg" agentliyi Ağ Evin adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

"Tramp administrasiyası Konqresdən mühafizəkar fəal Çarli Kirkin qətlindən sonra hökumətin icra və məhkəmə qollarının təhlükəsizliyini gücləndirmək üçün əlavə 58 milyon dollar ayrılmasını istəyir", - deyə məlumatda bildirilir.

Bu məbləğ lazım gələrsə, qanunvericilərin təhlükəsizliyinin təmin edilməsi xərclərini də ödəyəcək. Ehtimal olunur ki, müvəqqəti qanun layihəsinə dəyişikliklə bağlı bu təklifə cari il sentyabrın 30-dək baxılacaq.

Избранный
36
11
azreform.info

10Источники