RU

Amerikalı boksçu mütləq dünya çempionu olaraq tarixə düşdü

Amerikalı idmançı Terens Krouford 76,2 kq çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu adını qazanıb.
 
Moderator.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, o, 12 raundluq döyüşdə hakimlərin yekdil qərarı ilə meksikalı Saul Alvaresə qalib gəlib.
 
Döyüş Las-Veqasda baş tutub. Bildirilir ki, 37 yaşlı amerikalı karyerasında 42-ci qələbəsini qazanıb və indi tarixdə üç müxtəlif çəki dərəcəsində mütləq dünya çempionu olan ilk boksçudur.
 
Bundan əlavə, 35 yaşlı Alvaresin hesabında ümumilikdə 63 qələbə, üç məğlubiyyət və iki heç-heçə var.
Избранный
21
5
moderator.az

7Источники