RU

Ərə veriləcəyi deyilən azyaşlının nənəsi danışdı Video

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Quba rayonunda 15 yaşlı qızın 1990-cı il təvəllüdlü şəxsə ərə verilməsinin qarşısı alınıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı qızın nənəsi “İctimai TV”yə danışıb.

O, bu yayılan xəbəri boş iftira adlandırıb:

“Onu deyə bilərəm ki, bunlar hamısı boş-boş iftiradır. Mən özüm uşaq və qadın zorakılıq komissiyasında üzvəm. Belə məsələlərin həllində böyük rolum var. Siz necə təsəvvür edirsiniz ki, özüm qanunu pozum? Əvvəla, qızın yaşı 15 deyil. Birinci onu yoxlayardılar, dəqiq bilərdilər. Dekabrın 31-də 16 yaşı tamam olub. İkincisi də, belə bir şey heç olmayıb. Nə qız oğlanı görüb, nə oğlan qızı”.

Daha ətraflı süjetdə:

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
47
6
qafqazinfo.az

7Источники