RU

Beyləqanda yol qəzasında ölən şəxs vəzifəli şəxs olub - YENİLƏNİB

Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub. 

"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev  Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölmesinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.

Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü  İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

09:42

Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) "Lexus" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Yanğın nəticəsində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

05:38

Sentyabrın 14-nə keçən gecə Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, qəza nəticəsində "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib. 

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Избранный
68
10
cebheinfo.az

10Источники