RU

Noyabrın 1-dən Ermənistanın giriş və çıxışında vurulan sərhəd möhürlərində Ağrı dağının təsviri olmayacaq...-FOTO

Ermənistan hökumətinin yeni qərarına əsasən, 2025-ci il noyabrın 1-dən etibarən Ağrı dağının təsviri Ermənistan Respublikasının giriş və ya çıxışında sərhəd nişanında (möhürdə) artıq olmayacaq.
 
Moderator.az  xəbər verir ki, tert.am-ın yaydığı məlumata görə, bu haqda sosial şəbəkədə “Parlaq Ermənistan” Partiyasının sədri Edmon Marukyan yazıbr.
 
"Ermənistan Respublikasının Türkiyəyə qarşı ərazi iddiası olmayıb və yoxdur. Ermənistan BMT, ÜTT, Avropa Şurası və bir çox başqa təşkilatlara üzv olub və Türkiyə bu iddiaları ilə bizim üzvlüyümüzə heç vaxt mane olmayıb. Türkiyədən belə bir iddia olmayıb".
 
Xahiş edirəm düzgün anlayın: hökumətimizin etdiklərinin Ermənistanın Türkiyəyə qarşı mövcud olmayan ərazi iddiaları ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar sadəcə olaraq dövlətimizin kimliyinin redaktə edilməsi prosesinin bir hissəsidir.
 
“Əgər Nikol Paşinyanı seçki yolu ilə uzaqlaşdırmasaq, o zaman növbəti qərarla Ağrı dağının təsviri də gerbdən silinəcək”, - davamında  revanşist erməni siyasətçi belə yazıb.
Избранный
43
23
moderator.az

10Источники