AZ

Soyqırımdan və Ağrı dağdan imtina - Paşinyan mesaj verdi

Ermənistan hökuməti pasportlara vurulan giriş-çıxış möhürlərinin dizaynında dəyişiklik edib. 1 noyabr tarixindən bu möhürlərdə Ağrı dağı təsviri artıq istifadə olunmayacaq. Beləliklə, onilliklər ərzində Ermənistan sərhəd möhürlərinin simvoluna çevrilmiş Ağrı dağı bundan sonra ölkəyə daxil olan və ya ölkədən çıxan səyahətçilərin pasportlarında görünməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri VHP sədrinin müavini Samir Əsədli bildirib.

O qeyd edib ki, bu addım Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşmasında növbəti cəhd hesab edilə bilər:

“Baş nazir Nikol Paşinyanın qərarı regionda sülhün möhkəmlənməsi, qonşu dövlətlərlə münasibətlərin normallaşması və əsassız ərazi iddialarından imtina istiqamətində ciddi mesajdır. Rəsmi İrəvanın öz xalqını reallığa uyğun olmayan, utopik “tarixi iddialar”dan uzaqlaşdırması da bu prosesin vacib tərəfidir.

Paşinyan bundan öncə də “erməni soyqırımı” mövzusuna toxunaraq, bu məsələnin “erməni xalqının maraqları ilə heç bir bağlılığı olmadığını” demişdi. Bu yanaşma həm saxta soyqırım təbliğatının iflası, həm də bölgədə uzunmüddətli sülhün bərqərar olması baxımından önəmlidir. Ermənistan rəhbərliyinin belə addımları həm də Ermənistan cəmiyyətində reallığa dönüş prosesinin başlanğıcını qoya bilər”.

Seçilən
28
1
axar.az

10Mənbələr