RU

Putin 60 yaşı tamam olan Medvedevi BELƏ TƏBRİK ETDİ

Rusiya prezidenti Vladimir Putin bazar günü 60 yaşını qeyd edən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi IV dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Musavat.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Fərmana əsasən, Medvedevi “Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində və Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin edilməsində böyük xidmətlərinə görə” təltif edilib.

Qeyd olunur ki, Medvedev daha əvvəl 2005, 2015 və 2020-ci illərdə bu ordenin I, II və III dərəcələri ilə də mükafatlandırılıb.

“Vətənə xidmətə görə” ordeni Rusiya Federasiyasının ən prestijli dövlət mükafatlarından biridir.

Orden Rusiya dövlətçiliyinin möhkəmləndirilməsi, sosial-iqtisadi inkişaf, ölkənin müdafiə qabiliyyətinin artırılması, elmi tədqiqatlar, mədəniyyət və incəsənətin inkişafında xüsusilə görkəmli xidmətlərə görə verilir. Bundan əlavə, orden yüksək idman nailiyyətlərinə və xalqlar arasında sülh, dostluq və əməkdaşlığın möhkəmləndirilməsinə görə də təqdim olunur.

Musavat.com

Избранный
16
7
musavat.com

10Источники