Madrid “Real”ı FİFA-ya şikayət verməyə hazırlaşır.
QOL.az xəbər verir ki, bu barədə “kral klubunun” rəsmi televiziya kanalı məlumat yayıb.
Şikayətdə İspaniya futbolunda hakimlik sahəsində “nələrin baş verdiyi” ətraflı şəkildə təsvir olunacaq.
“Real TV”nin açıqlamasında qeyd olunur ki, FİFA-ya təqdim olunacaq hesabatda həm ötən, həm də cari mövsümdə İspaniya futbolunda baş verən hakimliklə bağlı insidentlərdən bəhs ediləcək.
Şikayət hazırlığı barədə məlumat “Real”ın La Liqanın 4-cü turunda “Real Sosyedad” üzərində 2:1 hesablı qələbəsindən sonra yayılıb. Həmin oyunda “Real”ın müdafiəçisi Din Xeysen 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.