RU

İsrail Qəzzada üç məktəbə zərbə endirib

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İsrail ordusu blokadada olan Qəzza zolağına hücumlarını davam etdirir.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, İsrail döyüş təyyarələri Qəzza şəhərinin qərbində yerləşən və şəhərin şimal və cənubunda bombardmanlardan qaçan minlərlə mülki vətəndaşın yaşadığı Əl-Şati Qaçqınlar Düşərgəsinə hücum edib.

İsrail ordusu düşərgə daxilində yerləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) idarə etdiyi Əl-Sitt Sura, Əl-Aliya və Şehaybar məktəblərinə də zərbələr endirib.

Hücum kameraya düşüb, mülki vətəndaşlar canlarını qurtarmaq üçün qaçıblar.

İsrail ordusu Qəzza şəhərinin Tel əl-Hava məhəlləsində "Nur" kimi tanınan çoxmərtəbəli binaya da hücum edib.

İsrail ordusunun bəyanatında binanın HƏMAS tərəfindən istifadə edildiyi iddia olunub.

Hücumdan əvvəl İsrail Ordusunun sözçüsü Aviçay Adraee “X” sosial şəbəkəsində Qəzza şəhərindəki Nur qülləsinin qırmızı ilə işarələnmiş şəklini paylaşıb.

Adraee Qəzza şəhərindəki 727, 786, 726 və 784-cü məhəllələrin, həmçinin Səfad küçəsindəki qırmızı işarəli bina və çadırların sakinlərini yerlərini boşaltmaları ilə bağlı xəbərdarlıq edib və İsrail ordusunun tezliklə bu ərazilərə hücum edəcəyi ilə hədələyib.

İsgəndər Həsənov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
66
24
525.az

10Источники