RU

İtaliyada iqtisadi fəal əhalinin sayı artıb

Bakı. Trend:

Cari ilin ikinci rübündə İtaliyada iqtisadi fəal əhalinin sayıəvvəlki rübə görə 0,2 faiz, illik müqayisədə isə 1,7 faizartıb.

Trend xəbər verir ki, bubarədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumatyayıb.

Bildirilir ki, ölkədə iqtisadi fəal əhalinin sayı 24 milyon 169min nəfəri ötüb. Keçən ilin ikinci rübü ilə müqayisədə iqtisadifəal əhalinin sayı 226 min nəfər artıb. 15-64 yaş arasındaməşğulluq səviyyəsi 62,6 faiz təşkil edib. Cənubi İtaliyada isəməşğulluq səviyyəsi son 21 ildə ilk dəfə olaraq 50 faizi ötüb.

Ötən rüb işsizlik səviyyəsi 6,3 faiz təşkil edib, 2024-cü ilinikinci rübü ilə müqayisədə 0,1 faiz azalıb. İşsizlərin sayı isə ilərzində 9 min nəfər azalaraq 1 milyon 623 min nəfər təşkiledib.

Baş nazir Ciorcia Meloni bildirib ki, ISTAT-ın məlumatları2004-cü ildən bəri Cənubi İtaliyada məşğul olan insanların ənyüksək sayını təsdiqləyir.

“Biz doğru yoldayıq və nəhayət, hər kəsin bərabər imkanlaramalik olduğu bir İtaliya qurmaq üçün bu yolu izləməyə davamedəcəyik”, - deyə Ciorcia Meloni qeyd edib.

Избранный
23
2
az.trend.az

4Источники