ABŞ administrasiyası Qərb müttəfiqlərini dondurulmuş Rusiya aktivlərini ələ keçirməyə məcbur etmək üçün yeni və aqressiv kampaniyaya başlamağa hazırlaşır.
“Bloomberg”in əldə etdiyi məlumata görə, Vaşinqton yaxın vaxtlarda G7 ölkələrinə Rusiyanın təxminən 190 milyard avroluq aktivlərinin tam müsadirə edilməsi üçün hüquqi mexanizm hazırlamağı təklif edəcək.
Təklifin əsas məqsədi təkcə gəlirləri deyil, həm də bu külli miqdarda dondurulmuş vəsaitlərin əsas hissəsini ələ keçirmək və onların Ukraynanın müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün istifadə olunmasını təmin etməkdir. Məlumata görə, ABŞ-ın yüksək rütbəli rəsmiləri artıq bu ideyanı avropalı həmkarları ilə müzakirə ediblər. Plan Rusiyaya təzyiqi artırmaq və onu Ukrayna ilə danışıqlar masasına oturtmaq üçün aktivlərin mərhələli şəkildə ələ keçirilməsini nəzərdə tutur.
Rusiya aktivlərinin böyük bir hissəsi Belçikada yerləşən “Euroclear” mərkəzi klirinq mərkəzində saxlanılır. Hələlik G7 yalnız bu aktivlərdən əldə olunan faiz gəlirlərinin Ukraynaya köçürülməsi planını razılaşdırıb. Həmin gəlir G7-nin Ukraynaya verdiyi kreditin ödənilməsinə sərf olunur.
TAHİR