RU

Mask Böyük Britaniya parlamentinin buraxılmasına çağırıb

Amerikalı iş adamı və milyarder İlon Mask sağçı fəal Tommi Robinsonun həbsi fonunda Böyük Britaniya parlamentinin buraxılmasını və növbədənkənar seçkilərin keçirilməsini tələb edib.

Mask sosial mediada bildirib ki, hazırkı hakimiyyətin fəaliyyət müddəti “çox uzun” olub və bu vəziyyətin dəyişməsi vacibdir. O əlavə edib ki, ölkə nəzarətsiz miqrasiya, bürokratiya və söz azadlığına qoyulan məhdudiyyətlərdən əziyyət çəkir və genişmiqyaslı dövlət islahatları aparılmalıdır.

Tommi Robinsonun təşkilatçılığı ilə Londonda keçirilən etiraz aksiyasında iştirakçıların sayı 110 minə qədər olub. Aksiya zamanı toqquşmalar yaşanıb və doqquz nəfər saxlanılıb.

Избранный
91
1
anews.az

10Источники