RU

Rusiyanın Orlov vilayətində dəmir yolunda partlayış baş verib, iki nəfər həlak olub

Rusiyanın Orlov vilayəti ərazisində dəmir yolunun yoxlanışı zamanı partlayıcı qurğular aşkarlanıb.

"Report"un Rusiya KİV-lərinə istinadla verdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Andrey Klıçkov məlumat verib.

O bildirib ki, qurğulardan birinin partlaması nəticəsində iki nəfər həlak olub, bir nəfər xəsarət alıb.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, baş vermiş hadisə ilə əlaqədar beş qatarın hərəkəti gecikdirilib.

Избранный
53
1
far.az

3Источники