RU

"Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq" - Kurban Berdıyev

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində doğma meydanda "Qəbələ"ni qəbul edən "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb.

Sportinfo.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

"Güman etdiyimiz kimi, çətin oyun keçdi. "Qəbələ" çox yaxşı komandadır, sürətli hücumçuları var. 2-ci hissədə daha yaxşı oynadıq və qələbə qazandıq. Ötən illə müqayisədə gərəkli nəticələri çıxarmışıq. Müdafiə xəttini gücləndirmişik",

- Transfer dönəmini necə dəyərləndirərdiz?

- Prinsipcə, kimləri dəvət eləmişiksə onlardan razıyıq. İstəyirdik ki, mərkəz müdafiəçisi də heyətimizə qataq, lakin alınmadı.

- Azərbaycan millisi bildiyiniz kimi baş məşqçi axtarışındadır. Fikrinizcə, yerli baş məşqçinin olması effektiv olar millidə, ya xarici?

- Bu suala cavab vermək istəmirəm. Ancaq oyunhaqda danışmaq istəyirəm.

Избранный
69
1
sportinfo.az

6Источники