RU

Səfirimizin katibəsindən qeyri-qanuni uşağı var? – FOTO

Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

Busaat.az xəbər verir ki, bu barədə Oxu.az-a onun katibəsi Mariya Boteva məlumat verib.

Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

“O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb, sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq etmək üçün hazırladığım sənədi də sizə təqdim edirəm”, – deyə M.Boteva bildirib.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.

image-2025-09-13-18-58-289vhbhbv13v5yjq5ar6x2_file

Избранный
19
30
busaat.az

10Источники