AZ

Geri çağırılan səfirin katibəsindən nikahdankənar uşağı var? - “Aliment vermir” - FOTO

Bir müddət əvvəl Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsindən geri çağırılan Hüseyn Hüseynovun qeyri-qanuni qızının olduğu iddia edilir.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a onun katibəsi Mariya Boteva məlumat verib.

Qadın iddia edir ki, H.Hüseynov onu aldadıb və hazırda aliment vermək istəmir, hədə-qorxu gəlir.

"O məni aldadıb. Əvvəl inandırıb ki, boşanıb, məsuliyyəti üzərinə götürüb. Sonra isə qorxutmağa başlayıb. Noyabrın 21-də Bolqarıstan məhkəməsi işə baxacaq. Bizim bir övladımız var. Atalığı təsdiq edən sənədi də sizə təqdim edirəm", - deyə M.Boteva bildirib.

Qeyd edək ki, Hüseyn Hüseynov Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın əridir.

Həmçinin onun səfir vəzifəsindən geri çağırılması da məhz qeyri-qanuni övladı olması ilə əlaqələndirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
16
30
milli.az

10Mənbələr