İspaniyanın paytaxtı Madriddə barda partlayış baş verib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı regional fövqəladə hallar xidməti X hesabında yayıb.
Bildirilir ki, hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb.Həkimlər onlara yardım göstərir.
Partlayışdan sonra binada güclü yanğın başlayıb. Hadisə yerində yanğınsöndürənlər işləyir. Hadisənin səbəbləri hələlik dəqiqləşdirilməyib.
Musavat.com