RU

Türkiyədə cinayət törədən qəssab Azərbaycana baqajda keçib

Saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı Qazaxda saxlanılıb.

34 yaşlı İ.Çalımın öz ölkəsində cinayət törətdiyi məlum olub.

Türkiyədə qəssab işləmiş Çalım məsuliyyətdən yayınmaq məqsədilə Naxçıvan şəhər sakini ilə əlaqə yaradıb. O, ötən il 1500 manat müqabilində maşının baqajında Azərbaycana keçirilib, bir müddət Bakıda kirayədə yaşayıb.

Qəssab daha sonra saxta pasportla Azərbaycandan Gürcüstana getmək istəyib. Lakin "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində yoxlama zamanı sərhədçilər tərəfindən saxlanılıb. Ona qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə maddələri üzrə cinayət işi açılıb.

Qazax Rayon Məhkəməsi türkiyəli müttəhimin iki azyaşlı övladını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alıb. Hökmə əsasən, İ. Çalım 8 ay müddətinə azadlıqdan məhrum edilib./Qafqazinfo.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
16
olaylar.az

10Источники