Emerik Lyaport sabiq klubuna qayıdıb. Onu “Qarabağ”ın Çempionlar Liqasınındakı (ÇL) rəqibi “Atletik” transfer edib.
İspaniya klubu Emerikə görə “Əl-Nəssr”ə (Səudiyyə Ərəbistanı) 10 milyon avro ödəyib. İspaniyalı müdafiəçi ilə müddəti 2028-ci ilin iyununa qədər razılaşdırılan müqavilə imzalanıb.
Qeyd edək ki, Lyaport 2011-18-ci illərdə “Atletik”də çıxış edib. O, “Əl-Nəssr” ilə meydana çıxdığı 27 oyunda 4 qol vurub.
Yeri gəlmişkən, ÇL-in əsas mərhələsinin 3-cü turunun “Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də Bilbaoda keçiriləcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта