RU

Nəsimidə əməliyyat - Saxlanılanlar var (VİDEO)

Narkotik vasitələri ölkə ərazisinə gətirərək satışını və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı Nəsimi Rayon Polis İdarəsinin 20-ci və 22-ci Polis şöbələrinin əməkdaşları tərəfindən əməliyyatlar keçirilib. Növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını etiraf ediblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşlarının bütün ölkəboyu narkotiklərlə əlaqəli şəxslərin ifşa edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində mübarizə tədbirləri fasiləsiz davam etdirilir.

Избранный
40
12
unikal.az

10Источники