RU

Nuri Şahin - “Başakşəhər”in yeni baş məşqçisi

Türkiyəli futbol mütəxəssisi Nuri Şahin Super Liqa təmsilçisi “Başakşəhər” komandasının yeni baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi sosial şəbəkə hesablarında məlumat yayıb.

37 yaşlı mütəxəssislə sentyabrın 15-də rəsmi müqavilə imzalanacağı diqqətə çatdırılıb. Tərəflər arasındakı anlaşmanın müddəti də həmin tədbirdə açıqlanacaq.

Xatırladaq ki, Nuri Şahin son olaraq Almaniyada Dortmund “Borussiya”sında işləyib. O, 2024-cü ilin yanvarından iyununadək Almaniya klubunda köməkçi məşqçi, həmin ilin iyul ayından 2025-ci ilin yanvarına qədər isə baş məşqçi olub. Türkiyəli mütəxəssis bu komandanı 27 oyuna çıxarıb, 12 qələbə, 4 heç-heçə, 11 məğlubiyyət görüb.

37 yaşlı məşqçi daha öncə Türkiyədə “Antalyaspor”un da baş məşqçisi olub.

Xatırladaq ki, “Başakşəhər”ə son olaraq Çağdaş Atan rəhbərlik edib. O, 2023-cü ilin sentyabrından çalışdırdığı İstanbul təmsilçisindən bir neçə gün öncə istefaya göndərilib. Atan bu komandanı 98 oyuna çıxarıb, 47 qələbə, 22 heç-heçə, 29 məğlubiyyət görüb.

“Başakşəhər” Super Liqanın yeni mövsümündə keçirdiyi 2 oyunda heç-heçə ilə kifayətlənib.

error: Məzmun qorunur!
Избранный
35
10
arena.az

10Источники