Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Слідство.Інфо" məlumat yayıb.
Nəşrin Ukrayna kəşfiyyatından əldə etdiyi məlumata görə, 2022-ci ilin iyulundan 2025-ci ilin yayına qədər mindən çox belaruslu Rusiya ordusu ilə müqavilə imzalayıb. Bunlardan 596-sı təkcə 2025-ci ilin birinci yarısında imzalanıb.
"24 fevral 2022-ci ildən 2025-ci il iyulun əvvəlinə qədər Belarus Respublikasının 1031 vətəndaşı Rusiya ordusu ilə müqavilə bağlayıb, onlardan 105-i artıq ölüb, 84-ü itkin düşüb. Yəni, böyük ehtimalla, demək olar ki, hər beşdə biri ölüb", - məqalədə deyilir.
Bildirilir ki, 2023-cü ildə Rusiya silahlı qüvvələri ilə müqavilə bağlayan belarusluların sayı Ukraynada genişmiqyaslı müharibənin birinci ili ilə müqayisədə 39 dəfə artıb. Əgər 2022-ci ildə 6 müqaviləli əsgər var idisə, 2023-cü ildə artıq 235, 2024-cü ildə isə 518 nəfər olub.