RU

Ermənistan DİN rəhbəri və ABŞ Dövlət Departamenti nümayəndəsi “Tramp Yolu”nu müzakirə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə Bürosunun rəhbəri Brendan Xanrahanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazir qonaqları salamlayaraq 8 avqustda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyətini vurğulayıb və Vaşinqtonun prosesdəki mühüm rolunu yüksək qiymətləndirib. O həmçinin Ermənistan və ABŞ arasında imzalanmış üç Anlaşma Memorandumunun yeni əməkdaşlıq imkanları açdığını qeyd edib.

Sarkisyan ikitərəfli əməkdaşlığın effektivliyinə toxunaraq, xüsusilə mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizənin, həmçinin polis islahatlarının dəstəklənməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə kiborlaboratoriyanın yaradılması məsələsinin də müzakirə edildiyi bildirilib.

Brendan Xanrahan səmimi qəbula görə təşəkkür edib, Ermənistan və ABŞ arasında mövcud sıx tərəfdaşlığı yüksək dəyərləndirib və Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu vurğulayıb.

Görüşdə həmçinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan "Beynəlxalq sülh və rifah naminə Tramp Yolu" (TRIPP) layihəsi, eləcə də digər əməkdaşlıq məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
45
olaylar.az

1Источники