Nazir qonaqları salamlayaraq 8 avqustda ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında paraflanmış sülh sazişinin əhəmiyyətini vurğulayıb və Vaşinqtonun prosesdəki mühüm rolunu yüksək qiymətləndirib. O həmçinin Ermənistan və ABŞ arasında imzalanmış üç Anlaşma Memorandumunun yeni əməkdaşlıq imkanları açdığını qeyd edib.
Sarkisyan ikitərəfli əməkdaşlığın effektivliyinə toxunaraq, xüsusilə mütəşəkkil cinayətkarlığa, kibercinayətkarlığa və qanunsuz miqrasiyaya qarşı mübarizənin, həmçinin polis islahatlarının dəstəklənməsinin vacibliyini vurğulayıb. Bu kontekstdə kiborlaboratoriyanın yaradılması məsələsinin də müzakirə edildiyi bildirilib.
Brendan Xanrahan səmimi qəbula görə təşəkkür edib, Ermənistan və ABŞ arasında mövcud sıx tərəfdaşlığı yüksək dəyərləndirib və Daxili İşlər Nazirliyi ilə əməkdaşlığın davam etdirilməsinə hazır olduğunu vurğulayıb.
Görüşdə həmçinin Ermənistanın suverenliyi və ərazi bütövlüyünün qorunması prinsiplərinə əsaslanan "Beynəlxalq sülh və rifah naminə Tramp Yolu" (TRIPP) layihəsi, eləcə də digər əməkdaşlıq məsələləri müzakirə olunub.