RU

NATO Şərqi Avropada müdafiəni gücləndirir

AzVision.az xəbər verir ki, Moskvanın hərəkətlərini “ehtiyatsız və qəbuledilməz” adlandıran NATO-nun baş katibi Mark Rütte alyansın Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçlə keçirdiyi birgə mətbuat konfransında belə deyib.

Bu müstəvidə Fransa, Böyük Britaniya, Almaniya və Danimarka kimi ölkələrin iştirak etdiyi “Şərq Keşikçisi (Eastern Sentryi)” əməliyyatı başlayır. Buraya hava və qurudan müdafiə tədbirləri daxildir. Danimarka iki F-16 və bir freqat, Fransa üç “Rafale” qırıcısı, Almaniya dörd “Eurofighter” göndərir.

“Məqsədimiz NATO-nun bütün müttəfiqlərini istənilən təhlükədən qorumaqdır. Təcavüzlə mübarizə və alyansın hər bir üzvünü qorumaq çox vacibdir. Şərq cinahını qorumaq bizim əsas vəzifəmizdir. Məhz buna görə də biz şərq cinahımızı daha da gücləndirmək üçün “Şərq Keşikçiləri” təşəbbüsünü hərəkətə gətiririk”,- Mark Rütte vurğulayıb.

Rusiya Polşanın hava sərhədini pozub| VİDEO
Polşa müttəfiqlər tərəfindən təhlükəsizlik sahəsində mövcud vəziyyəti və təhdidlərə qarşı birgə tədbirləri müzakirə edilməsini nəzərdə tutan NATO Nizamnaməsinin 4-cü maddəsinə əsasən məsləhətləşmələrin təşəbbüskarı olub.

Rusiyaya məxsus PUA-larının Polşa hava məkanını pozması ilə əlaqədar Almaniya, Fransa, Finlandiya, Aİ və İsveç Rusiya səfirlərini çağırıb.

Xatırladaq ki, sentybarın 10-da Polşanın baş naziri Donald Tusk NATO-nun baş katibini Polşa səmasının “obyektlər” tərəfindən pozulması və onlara qarşı görülən tədbirlər barədə məlumatlandırdığını bildirib.

Sahil İsgəndərov
AzVision.az
Избранный
62
50
azvision.az

10Источники