Xroniki yuxusuzluğu olan insanlar yaşlandıqca, yaddaş və düşünmə bacarıqlarını daha sürətlə itirirlər, tomoqrafiya zamanı beyindəki dəyişikliklər dərhal özünü büruzə verir.
AzEdu.az xəbər verir ki, bu barədə "Medical Xpress" saytında dərc edilən məqalədə qeyd olunur.
Tədqiqat müəyyən edib ki, xroniki yuxusuzluğu olan insanlarda yüngül idrak pozğunluğu və ya demensiyanın inkişaf riski 40 faiz daha yüksəkdir.
"Yuxusuzluq təkcə ertəsi gün sizin özünüzü pis hiss etməyiniz demək deyil, həm də zamanla beyninizin sağlamlığına təsir göstərən vacib faktordur. Biz yuxusuzluğun düşüncə bacarıqlarının daha sürətli azalmasına və beyində dəyişikliklərin daha erkən başlamasını müşahidə etdik", - deyə tədqiqatda iştirak edən ABŞ-nin Nevrologiya Akademiyasının üzvü Dieqo Karvalio bildirib.