RU

ABŞ Orta dəhlizin artan rolu fonunda Gürcüstan, Qazaxıstan və Azərbaycanla əməkdaşlığı gücləndirir

Bakı. Trend:

ABŞ-nin müvəqqəti işlər vəkili Alan Pörsell Orta dəhlizregionunda ticarət, enerji, infrastruktur və logistikasahələrindəki perspektivləri araşdıran Amerika biznes-nümayəndəheyətinin səfəri çərçivəsində amerikalı biznes-liderlərdən ibarətnümayəndə heyəti və Gürcüstan biznesinin nümayəndələri iləgörüşüb.

Trend bu barədəABŞ-nin Gürcüstandakı səfirliyinə istinadən xəbər verir.

Bildirilib ki, nümayəndə heyəti ABŞ Ticarət Xidməti,Amerika-Gürcüstan Biznes Şurası (AGBC), Amerika-Azərbaycan TicarətPalatası (USACC) və Qazaxıstandakı Amerika Ticarət Palatası ilətərəfdaşlıq şəraitində təşkil olunub. Nümayəndə heyəti Gürcüstan,Qazaxıstan və Azərbaycana səfər edib.

Məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin üzvləriABŞ və Gürcüstan arasında kritik infrastruktur, rəqəmsal ticarət,yeni texnologiyalar, nəqliyyat və logistika sahələrindəəməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırıblar. Görüşdəiqtisadiyyat naziri Mariam Kvrivişvili də iştirak edib.

“Həmin nümayəndə heyəti Birləşmiş Ştatların iqtisaditərəfdaşlığın inkişafı və regional əlaqəliliyinmöhkəmləndirilməsinə olan sadiqliyini vurğulayır”, - deyə məlumatdaqeyd olunur.

Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən,Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur.Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.

Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan vəTürkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi,Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. OrtaDəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa iləbirləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolutəklif edir.

Məqalədə:
Избранный
24
2
az.trend.az

3Источники