RU

Azərbaycanda psixoloqların ŞOK QİYMƏTLƏRİ – Bir aylıq maaşı bir gündə alanlar kimlərdir? - ARAŞDIRMA

Azərbaycanda psixoloji yardıma ehtiyac günü-gündən artır. Gənclər, yeniyetmələr, ailə həyatı uğurlu alınmayan qadınlar, uzun müddət depressiyada olan şəxslər mütləq şəkildə psixoterapiya üçün psixoloqlara müraciət edirlər. Lakin yüksək qiymətlər səbəbindən bu xidmət hər kəs üçün əlçatan deyil.

Bakıda adi psixoloqların seansı 30-50 manat arası dəyişsə də, populyar, efirlərə çıxan, sosial şəbəkələrdə özünü tanıdan mütəxəssislərin qəbuluna düşmək üçün “professor qiymətiödəmək lazımdır. Bu məbləğ bəzi hallarda 1 seansı 300 manata qədər yüksəlir.

Bizim.Media mövzu ilə bağlı araşdırma aparıb:

Ölkədə tanınmış psixoloqlardan biri olan Samirə Bağırova fərdi seans üçün 100 manat, cütlüklərlə aparılan seanslar üçün isə 150 manat təyin edib.

Gənc, lakin tanınmış psixoloqlardan Elmir Əkbərin seans qiymətləri bir qədər fərqlidir. O, pasiyentlərindən 40 dəqiqəlik qəbul üçün 80 manat, 1 saatlıq görüş üçün isə 100 manat alır.

Ən “şok” qiymətlərdən biri isə Tamilla Əliyevaya məxsusdur. Onun seansları 1- 1,5 saat davam edir və hər görüşün qiyməti 299 manatdır.

Digər tanınmış mütəxəssis Nizami Orucovun da qəbul qiyməti 300 manat təşkil edir. Bu isə ölkədə psixoloqlar arasında ən yüksək məbləğlərdən biri hesab olunur.

Məşhur psixoloq Narınc Rüstəmovanın əvvəlki illər seans qiyməti  1 saat üçün 100 manat olub. Amma, hazırda psixoloq qiymətlərini qəbul etdiyi pasiyentlərin psixoloji durumuna görə müəyyənləşdirir.

Onun həyat yoldaşı, tanınmış  psixoloq Elnur Rüstəmovun isə seanslarının 1 saatı 80 – 100 manatadır.

Sadə vətəndaş üçün 30–50 manatlıq seanslar nisbətən əlçatan sayılsa da, tanınmış psixoloqların qiymətləri geniş kütlə üçün olduqca bahalı sayılır. Halbuki psixoloji dəstək hər kəsin ehtiyac duyduğu xidmətlər sırasındadır.

Aygün Hüseyn, Bizim.Media

Избранный
36
5
bizim.media

6Источники