RU

Andre Onananın "Trabzonspor"dakı maaşı bəlli oldu

"Trabzonspor"un yeni futbolçusu Andre Onana klubda ən yüksək maaş alan futbolçu və bütün Türkiyə çempionatında ən yüksək maaş alan oyunçulardan biri olacaq.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano X sosial şəbəkəsində yazıb.

"Daily Mail"in məlumatına görə, transfer haqqı və bonuslar sayəsində 29 yaşlı kamerunlu Türkiyədə ayda təxminən 240 min funt-sterlinq qazanacaq ki, bu da “Mançester Yunayted”dəki maaşından az qala iki dəfə çoxdur.

Sentyabrın 11-də "Trabzonspor" Onanı icarəyə götürdüyünü açıqlayıb. Qapıçı 2023-cü ildən "Mançester Yunayted"də çıxış edir. Bütün yarışlarda 102 matçda 150 qol buraxıb, 24 matçda qapısını təmiz saxlayıb.

Избранный
72
operativmedia.az

1Источники