RU

“Wizz Air” Vyanadakı bazasını bağlayır

BAKI, 13 sentyabr. TELEQRAF

“Wizz Air” aviaşirkəti Avstriyanın Vyana şəhərindəki bazasının tədricən bağlanacağını elan edib.

Teleqraf xəbər verir ki, bu proses iki mərhələdə həyata keçiriləcək.

Belə ki, Bilbao və Londonun Qatvik hava limanına reyslər həyata keçirən iki təyyarə 26 oktyabr 2025-ci ildə istismardan çıxarılacaq. Qalan üç təyyarənin digər marşrutlar üzrə uçuşları 15 mart 2026-cı il tarixində dayandırılacaq.

Bu, hava limanında xərclərin və vergilərin əhəmiyyətli dərəcədə artması ilə izah olunur.

“Wizz Air” proqramın dayandırılma tarixindən sonrakı dövr üçün bilet rezerv etmiş sərnişinlərlə əlaqə saxlayacaq və onlara müxtəlif variantlar təklif edəcək. Bura məbləğin tam şəkildə geri qaytarılması və “Wizz Air”in başqa reysinə yenidən rezervasiya daxildir.

Избранный
47
teleqraf.com

1Источники