Ukrayna müharibənin bitməsi ilə bağlı boş vədlərə görə öz ərazisini Rusiyaya verməyi planlaşdırmır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yalta Avropa Strategiyasının illik iclasındakı çıxışında deyib.
"Putinə bu və ya digər Ukrayna torpağını verməklə müharibəni dayandırmaq - bu, baş verməyəcək. Bu, həll yolu deyil. Bu, pauzadır", - Zelenski bildirib.
O, buna misal olaraq Gürcüstandakı 2008-ci il müharibəsini, Donetsk və Krımı göstərib.
Zelenski vurğulayıb ki, Ukraynaya müharibənin zəmanətli sona çatması lazımdır.