AZ

“Ukraynanın torpaqlarını Putinə verməyəcəyik” - ZELENSKİ

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Rusiya ilə müharibəni dayandırmaq üçün ərazi güzəştlərinə getməyəcəyini bəyan edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, belə addım yalnız müvəqqəti fasilə yaradacaq və sonradan yeni hücumlarla nəticələnəcək.

Zelenski bu fikirləri Viktor Pinçukun təşəbbüsü ilə keçirilən illik “Yalta Avropa Strategiyası” (YES) konfransında səsləndirib.

“Putinə Ukraynanın hansısa torpağını verib müharibəni dayandırmaq - belə olmayacaq. Bu, həll deyil, sadəcə fasilədir. Necə ki, 2008-ci ildə Gürcüstan, 2014-cü ildə Krım və Donbasdan sonra oldu”, – deyə Zelenski vurğulayıb.

Prezident qeyd edib ki, məqsəd yalnız müvəqqəti atəşkəs deyil, müharibənin tam və zəmanətli şəkildə başa çatması, Ukraynanın təhlükəsizliyinin təmin edilməsi və Rusiyanın törətdiklərinə görə cavab verməsidir.

Zelenskiyə görə, Ukraynaya verilən təhlükəsizlik təminatları əslində bütün Avropa üçün təhlükəsizlik qarantiyasıdır:

“Ukraynadakı təhlükəsizlik zəmanətləri Avropadakı təhlükəsizlik zəmanətləridir. Bu artıq hamı üçün aydın olmalıdır.”

Ukrayna lideri Pekinə təsir mexanizmləri axtarmağa çağırıb:

“Çini müharibəsiz yola dəvət etmək üçün cavab tapmaq lazımdır. Bu da çox halda ABŞ və Avropanın gücündən asılıdır.”

Zelenski Rusiyanın izolyasiyasını əsas təzyiq vasitələrindən biri adlandırıb və sanksiyaların, ticarət tariflərinin daha da sərtləşdirilməsinə çağırıb.

Seçilən
14
5
modern.az

10Mənbələr