RU

Barselona dan ayrıldı, Türkiyəyə gəlir Sürpriz transfer

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Konyaspor” “Barselona”dan ayrılan Oriol Romeunun xidmətində maraqlıdır.

Metbuat.az xəbər verir ki, Türkiyə klubu futbolçuya təklif irəli sürüb. Futbolçu hələlik “Konyaspor”un təklifinə cavab verməyib. Lakin başqa ölkələrdə transfer pəncərəsi bağlandığı üçün futbolçu Türkiyə klubuna razılıq verə bilər.

Qeyd edək ki, “Barselona”nın gənclər akademiyasında futbol oynamağa start verən Romeu “Çelsi”, “Sauthempton”, “Jirona” kimi klublarda təcrübə toplayıb. Ötən mövsümü "Jirona"da icarə əsasında keçirən ulduz futbolçu "Barselona"ya qayıdıb və klubun maliyyə yükünü yüngülləşdirmək üçün müqaviləsi ləğv edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
1
metbuat.az

2Источники