RU

“Mən “Kəpəz”də oynayanda da belə hallar olurdu” - Adil Şükürov

“Kəpəz” bu gün ölkə çempionatının 4-cü turunda “Araz-Naxçıvan”a məğlub oldu - 0:2. Oyunsonrası mətbuat konfransında Adil Şükürov jurnalistlərin suallarını cavabladı.

- Daha aqressiv oynadıq. Rəqib boşluqdan istifadə edib qapımıza qol vurdu. Bu hal xoş deyil. Amma daha istəkli komanda idik.

- Rəhbərlik nəticələri düzəltmək üçün üç tur vaxt vermişdi. Buna səbrləri çatacaq?
- Söhbət üç turdan yox, yığılacaq xallardan gedir. Bu gün daha yaxşı oyun göstərdik.

- Niyə hər mövsümün əvvəlində “Kəpəz” uğursuz olur, sonra məşqçi dəyişir?
- Mən “Kəpəz”də oynayanda da belə hallar olurdu. Düşünürəm ki, qarşıdakı turlarda məqsədimizə çatacağıq.

MÜZƏFFƏR QULUZADƏ

Избранный
47
1
football-plus.az

2Источники