Xalqcebhesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yuta ştatının qubernatoru Spenser Koks Çarli Kirkin qatilinin həbs olunduğunu təsdiqləyib.
APA xəbər verir ki, bu barədə o brifinq zamanı məlumat verib.
“Tayler Robinsonun ailə üzvü yaxın bir ailə dostuna zəng vurub və Taylerin qətli törətdiyinə dair etiraf etdiyini deyib. Həmin ailə dostu polisə bu barədə məlumat verib. Bu da öz növbəsində yüksək səviyyəli müfəttişlərə və Federal Təhqiqat Bürosuna çatıdırılıb”,- Koks qeyd edib.
Qubernator bildirib ki, ailə üzvünün dediyinə görə Robinson son illərdə daha çox siyasətlə maraqlanmağa başlayıb: “Robinson Çarli Kirki sevməyib və onun nifrətlə dolu olduğunu və nifrət yaydığını düşünürdü”.
Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib və onun qatilinin 22 yaşlı Tayler Robinson olduğu müəyyən olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.