ain.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
2023-cü ilin sentyabrında Yer kürəsinin seysmik aktivliyini izləyən alimlər bütün dünyada qeydə alınan qeyri-adi bir siqnal aşkar ediblər.
Bu hadisə nə əvvəllər məlum olan zəlzələ dalğalarına, nə də digər seysmik fenomenlərə bənzədiyindən, alimlər onu “USO – tanınmamış seysmik obyekt” kimi təsnif ediblər.
Sirli siqnalın xüsusiyyətləri
London Kral Kollecindən Stiven Hiks və Danimarka–Qrenlandiya Geoloji Xidmətindən Kristian Svenneviqin sözlərinə görə, siqnal adi zəlzələ səslərindən fərqlənirdi. O, cəmi bir tezlikdə davamlı titrəyiş yaradırdı və doqquz gün ərzində bütün dünyada - Arktikadan Antarktidaya qədər qeydə alınıb.
Hiks qeyd edib ki, seysmometrlər müxtəlif mənbələrdən gələn titrəyişləri qeyd edə bilir, lakin bu qədər uzunmüddətli və qlobal miqyaslı, həm də təktezlikli siqnal ilk dəfədir müşahidə olunur. Bu səbəbdən alim beynəlxalq tədqiqat qrupuna rəhbərlik edərək hadisənin səbəbini araşdırmağa başlayıb.
Mənbə tapıldı – Qrenlandiyada nəhəng sürüşmə
Müxtəlif miqyaslı peyk görüntüləri, sahə müşahidələri, modelləşdirmə və uzaq seysmologiya məlumatlarının kompleks analizi nəticəsində alimlər siqnalın mənbəyini Şərqi Qrenlandiyanın Dikson fiyordunda aşkarlayıblar.
Araşdırmanın nəticələrinə görə, siqnal nəhəng torpaq sürüşməsi nəticəsində yaranıb. Fiyorda düşən dağ süxurlarının həcmi təxminən 10 000 olimpik üzgüçülük hovuzunu dolduracaq qədər olub və bu hadisə 200 metrlik mega-tsunami yaradıb.
(Lent.az)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.