Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Avtraliyanın Adelaida şəhərində vaxtı keçmiş kosmetikadan istifadə edən qadın kor olub.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 50 yaşlı Şarli Potter adlı qadın qızları ilə axşam gəzintisinə getmək üçün evdə makyaj edib.
Bu zaman göz qələmi və maskaradan istifadə edən nənə səhəri gün oyananda özünü pis hiss etməyə başlayıb.
Xəstəxanaya gedən qadının gözlərində infeksiya düşdüyü bəlli olub.
Hər iki gözü görmə qabiliyyətini 80% itirən qadının bir müddət sonra tamamilə görməyəcəyi bildirilib.
Qadının qızları problemin nədən qaynaqlandığını axtararkən analarının istifadə müddəti bitmiş göz qələmi və tuş istifadə etdiyini öyrəniblər.
Şarlinin istifadə etdiyi tuşun 20 il əvvəl alındığı üzə çıxıb.
Mütəxəssislər bildirir ki, bəzi kosmetik məhsullarının son istifadə tarixi qeyd edilməsə də, 6 aydan bir dəyişdirməyi məsləhətlidir. Çünki bir müddət sonra bu vasitələrdə bakteriyalar yaranır. Bu da göz infeksiyaları, aşınma və allergiyaya səbəb ola bilər.
Billurə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.