RU

Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketini gələn həftə təqdim edəcək

Avropa Komissiyası 17 sentyabr tarixində Rusiya əleyhinə 19-cu sanksiyalar paketini təqdim etməyə hazırlaşır.

Bu barədə “Devdiscourse” məlumat yayıb.

Bildirilir ki, yeni sanksiyalar paketi “kölgə” donanması, bank sistemi və əlavə neft satışına məhdudiyyətlərə yönəldiləcək.

Bundan əlavə, Komissiya Orta Asiyanın iki ölkəsindən bəzi bankları və Çindəki özəl neft emalı zavodlarını qara siyahıya salmağı nəzərdən keçirir, bu da Rusiyanın iqtisadi təcridini daha da gücləndirəcək.

Qeyd edək ki, Aİ 2022-ci ildən bəri beynəlxalq sanksiyaların Rusiyaya vurduğu ziyanı 450 milyard dollar məbləğində qiymətləndirir.

MənbəAPA
Избранный
11
5
banker.az

6Источники