RU

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan müsabiqə keçiriləcək

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar BDU Elmi şurasının 2025/2026-cı tədris ili üzrə ilk iclasında qəbul olunub.

Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir əmsallı, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Избранный
23
3
azertag.az

4Источники