RU

Dövlət qurumlarına geyim satan şirkətdə qanunsuzluq: 20 min cərimə…

Dövlət tibb müəssisələrinin geyim formalarını hazırlayan “Dress Uniförm” Məhdud Məhsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
Aparılan araşdırma zamanı V.B. adlı şəxsin “Dress Uniförm”da çalışsa da, ona əmək haqqının verilmədiyi müəyyənləşib. Həmçinin V.B. ilə şirkət arasında əmək müqaviləsi bağlanmayıb.
Məhkəmənin qərarı ilə “Dress Uniförm” MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, nizamnamə kapitalı 20 manat olan şirkətin qanuni təmsilçisi Nəsir Rövşən Akif oğludur.
Избранный
21
5
tribunainfo.az

6Источники