RU

Nepal silkələnməyə davam edir: Ölənlərin sayı 51 ə çatdı

ain.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nepalda sosial media qadağasına qarşı etirazlarda 51 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, “The Kathmandu Post” qəzetinin məlumatına görə, Nepal hökumətinin sosial mediaya girişə tətbiq etdiyi qadağa səbəbilə baş verən hökumət əleyhinə etirazlarda ölənlərin sayı 51-ə, yaralananların sayı isə 1300-ü keçib. Rəsmilər bildiriblər ki, ölənlər arasında 3 polis əməkdaşı da var.

Sosial şəbəkələrdə yayılan görüntülərdə gənc etirazçıların Katmandu küçələrində yığılan zibil qalaqlarını könüllü olaraq təmizlədikləri görünür. Videolarda gənclərin çanta və süpürgələrlə səkiləri süpürməsi, ictimai binaların divarlarını yenidən rəngləməsi əks olunub.

New York Times nəşrinin yazdığına görə, sosial media platformalarının bloklanmasından sonra Discord adlı ünsiyyət proqramının istifadəsi ölkədə sürətlə yayılıb.

Hesabatda bildirilir ki, əsasən Z nəsli fəalları Discord üzərindən ölkənin siyasi gələcəyi ilə bağlı aktiv müzakirələr aparır. Etirazçılar arasında keçirilən onlayn sorğuda müvəqqəti hökumətə rəhbərlik edəcək namizəd olaraq Ali Məhkəmənin sədri vəzifəsini icra edən Sushila Karkiyə geniş dəstək ifadə olunub.

73 yaşlı Sushila Karki, 2016-cı ildə ölkənin baş hakimi vəzifəsini icra edib və “korrupsiyaya sıfır dözümlülük” mövqeyi ilə tanınır.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
icma.az

2Источники