RU

Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunan “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş “Filologiya üzrə elm müsabiqəsi” keçiriləcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə BDU Elmi şurasının 2025/2026-cı tədris ilində ilk iclasında qərar qəbul olunub.

Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir əmsallı, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Filologiya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
25
3
azertag.az

4Источники