RU

Tramp xəbərdarlıq etdi: Rusiya iqtisadiyyatına zərbə endirəcəyik!

ain.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp Rusiya iqtisadiyyatına qarşı yeni sanksiyalar dalğasının yaxın günlərdə qüvvəyə minəcəyini bildirib.

Turkustan.az xəbər verir ki, Tramp bu barədə verdiyi açıqlamada yeni tədbirlər paketinin əsasən bank sektoru, enerji sənayesi və üçüncü ölkələrlə ticarət əlaqələrinə yönələcəyini vurğulayıb.

“Bu sanksiyalar bank sektoruna ağır zərbə endirəcək. Neft və tariflər də tədbirlərin bir hissəsidir,” – deyə, Tramp əlavə edib.

Trampın bu açıqlamasından əvvəl Fransa xarici işlər naziri Jan-Noel Barrot da Avropa İttifaqının sentyabrın 15-də Rusiya əleyhinə yeni sanksiyalar paketi təqdim edəcəyini bildirmişdi. Onun sözlərinə görə, bu tədbirlər ABŞ prezidenti Donald Trampla razılaşdırılaraq hazırlanıb və Moskvanı atəşkəsə məcbur etməyə yönəlib.

Bu arada, sentyabrın 12-də səhər saatlarında Böyük Britaniya və Yaponiya da Rusiyaya qarşı sanksiyalar siyahılarını genişləndiriblər:

Britaniya 30 yeni maddə əlavə edib. Məhdudiyyətlər o cümlədən SSRİ-nin 50 illiyi adına Bryansk Kimya Zavodu və “Anozit” kimya sənayesi müəssisəsinə şamil edilib.

Yaponiya isə Rusiyadan olan 48 təşkilat və 14 şəxsə, o cümlədən “Miass” avtomobil zavodu “Ural” və “Çelyabinsk döymə və presləmə zavodu”na sanksiyalar tətbiq edib.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
icma.az

2Источники