RU

Hidayət Abdullayevə müşavir təyin edildi FOTO

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Milli Paralimpiya Komitəsində (MPK) yeni təyinat olub. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.

1978-ci ildə Bakıda idmançı ailəsində anadan olan Ş.Kazımzadə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb. O, 1998-ci ildən əmək fəaliyyətinə başlayıb. Daha əvvəl idman sahəsində Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif rəhbər vəzifələrdə çalışıb.

O, Azərbaycan Televiziyası (AZTV) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) daxil olmaqla, media sahəsində də fəaliyyət göstərib.

Qeyd edək ki, Komitənin prezidenti əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayevdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
20
5
azpolitika.info

10Источники