RU

Dövrün bəlası: Azərbaycanda vəziyyət necədir?

Hər il 720 mindən çox insan intihar edir və həyatına son qoymaq üçün cəhdlərin sayı da artır.

Bu faciəvi statistika ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri zərərli miflərə etiraz etmək, stiqmanı azaltmaq və mərhəmətli söhbətləri təşviq etmək üçün birgə fəaliyyətə çağırıb.

BMT-nin məlumatına görə, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus hər il sentyabrın 10-da qeyd olunan Ümumdünya İntiharın Qarşısının Alınması Günündə çıxış edərək deyib ki, “itirilən hər bir həyat ailələrdə, dostlarda, həmkarlarda və bütün cəmiyyətlərdə dərin faciəli izlər buraxır”.

Bütün yaş qrupları bu faciədən təsirlənir və ÜST-nin son məlumatına görə, intiharlar qlobal miqyasda 15-29 yaşlılar arasında üçüncü əsas ölüm səbəbi olub.Bu faciə dünyanın bütün regionlarına təsir edir. 2021-ci ildə qlobal intiharların dörddə üçə yaxını aşağı və orta gəlirli ölkələrdə baş verib. Dünyada intiharların orta sayı hər 100 min nəfərə 8,9 şəxs olub.

Bəs Azərbaycanda vəziyyət necədir?

2024-cü ildə Azərbaycanda 639 intihar hadisəsi baş verib. Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb. Bundan başqa, 811 intihara cəhd hadisələri olub.

İntihar faktlarına görə, 25 cinayət işi başlanıb, 614 hadisə üzrə material qaydasında araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilib. Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar qəbul edilmiş 6 işdən 5-i məhkəməyə göndərilib.

Baş vermiş 639 cinayət hadisəsi nəticəsində ölən şəxslərdən 42 nəfəri yetkinlik yaşına çatmayanlar olub.2025-ci ilin Azərbaycanda intihar halları ilə bağlı statistika hələ açıqlanmamışdır, ilin sonunda açıqlanacağı gözlənilir.

Избранный
17
1
cebheinfo.az

2Источники