Milli Paralimpiya Komitəsində yeni təyinat olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Şahin Kazımzadə qurumun prezidentinin müşaviri təyin edilib.
1978-ci ildə Bakıda anadan olan Ş.Kazımzadə daha əvvəl Azərbaycan Gimnastika Federasiyası və Bakı Gimnastika Məktəbində müxtəlif vəzifələrdə çalışıb.