RU

Payızda nə yemək olar? – Xəstələnmək istəməyənlər BUNU ETSİN!

Sentyabr ayı Azərbaycanda bolluq mövsümünün ən gözəl dövrüdür. Yayın şirin meyvələri ilə payızın vitaminli nemətləri üst-üstə düşür. Mütəxəssislər bildirirlər ki, məhz bu dövrdə parnik məhsullarından uzaq duraraq, açıq sahədən yığılmış təbii meyvə-tərəvəzlərdən istifadə etmək həm immuniteti gücləndirir, həm də qışa hazırlıq üçün orqanizmi vitaminlərlə zənginləşdirir.

Yenisabah.az hansı meyvə-tərəvəzlərin payızda daha çox faydalı olduğunu araşdırıb:

Üzüm – tərkibi antioksidantlarla zəngindir, ürək-damar sisteminə faydalıdır. Marqarita pizza

Alma və armud – təzə sortlar bağlardan yığılır, bağırsaq sistemini gücləndirir.

Heyva – öskürək və bronxitə qarşı ən yaxşı təbii vasitələrdəndir.

Nar – qan dövranını yaxşılaşdırır, qansızlığın qarşısını alır.

Əncir – liflə zəngindir, həzm prosesini tənzimləyir.

Qarpız və yemiş – bədəni su ilə təmin edir, böyrəkləri təmizləyir.

Şaftalı və nektarin – son günləridir, indi yemək immun sisteminə əlavə dəstəkdir.

Pomidor və xiyar – təbii açıq sahə məhsullarıdır, immunitet üçün C vitamini mənbəyidir.

Badımcan və bibər – antioksidantlarla zəngin olub, xərçəng riskini azaldır.

Qırmızı soğan – indi yığım vaxtıdır, orqanizmi mikroblardan qoruyur.

Balqabaq – qaraciyər və mədə üçün çox faydalıdır, görmə qabiliyyətini möhkəmləndirir.

Kələm, brokoli və gül kələmi – payızda ən təzə vaxtıdır, C vitamini ilə zəngindir.

Qarğıdalı – enerji mənbəyidir, sinir sistemini sakitləşdirir.

Dietoloqların sözlərinə görə, sentyabr ayında təbii mövsüm meyvə-tərəvəzlərini bol yemək immuniteti gücləndirir, orqanizmi payız və qış xəstəliklərinə qarşı hazır vəziyyətə gətirir. Həmçinin, bu dövrdə alınan məhsullar daha ətirli və vitaminli olur.

Onu da qeyd edək ki, parlaq rəngli, çox iri, dadı süni gələn məhsullardan uzaq durmaq lazımdır. Çünki onların bir çoxu parnikdə yetişdirilmiş və ya kimyəvi maddələrlə böyüdülmüş ola bilər.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
25
yenisabah.az

1Источники