Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci və 6-cı turlarının oyun cədvəli bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
5-ci turun görüşləri sentyabrın 19-da, 20-də və 21-də keçiriləcək. 6-cı turun oyunları isə sentyabrın 26-da, 27-də və 28-də baş tutacaq.
PFL-in yaydığı digər məlumata görə, Premyer Liqasının 1-ci turundan komandaların avrokubok oyunlarına görə təxirə salınmış “Sabah” – “Qarabağ” matçının keçiriləcəyi tarix bəlli olub. Görüş dekabrın 18-də baş tutacaq.
Premyer Liqa
5-ci tur
19 sentyabr
“Karvan” – “İmişli”
Şamaxı şəhər stadionu, 16:00.
“Zirə” – “Şamaxı”
Zirə İdman Kompleksinin stadionu, 18:30.
20 sentyabr
“Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu, 17:00.
“Sabah” – “Turan Tovuz”
“Masazır Arena”, 19:30.
21 sentyabr
“Araz-Naxçıvan” – “Qarabağ”
Bakı. “Dalğa Arena”, 17:00.
“Sumqayıt” – “Neftçi”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
6-cı tur
26 sentyabr
“İmişli” – “Zirə”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 15:30.
“Qarabağ” – “Qəbələ”
Bakı. “Azersun Arena”, 19:00.
27 sentyabr
“Şamaxı” – “Araz-Naxçıvan”
Şamaxı şəhər stadionu, 15:30.
“Neftçi” – “Karvan”
Bakı. “Neftçi Arena”, 19:00.
28 sentyabr
“Turan Tovuz” – “Kəpəz”
Bakı. “Azersun Arena”, 16:30.
“Sabah” – “Sumqayıt”
“Masazır Arena”, 19:00.